27-28 ildir ki, doğum günümü qeyd etmirəm... Həmin gün kimsə təbrik üçün zəng edəndə qeyri-iradi əsəbiləşirəm... Birinci səbəb, ümumiyyətlə, Qara Yanvardan üzü bəri Azərbaycanın başına gətirilən faciələr idisə, əsas səbəb 1992-ci ildən əlavə olundu... Doğum günüm 26 fevraldadır... Kafirlərin qədim türk-müsəlman yurdu Xocalıda minlərlə məsum çocuğu, qadını, gənci, qocanı, olmazın vəhşiliklərlə qətlə yetirdiyi, əsir götürdüyü, müsəlman- türk qadınının namusunun, müsəlman-türk kişisinin şərəfinin alçaldıldığı bir gündə... Hər il həmin gün bir müsəlman, bir türk oğlu kimi daha çox utanc hissi keçirir, bədbin, pessimist duyğulardan yaxamı güclə qurtarıram...
Həqiri-bəndənizə təskinlik verən ən böyük amil, əlbəttə ki, Allaha imandır. ndan sonra gəlir imanlı insanlara, dostlara inam vətənə, dövlətə, bayrağa inam... Nə yazıqlar ki, Axirət günü yaxınlaşdıqca gerçək imanlı insanların sayı da azalır.... Amma son nəfəsədək "Allah bizə yetər” deyərək haqsızlığa, Şərə qarşı savaşmaq bir mömin olaraq borcumuzdur.... Və cəmi mömin yurddaşlarım kimi Qarabağsız, Xocalısız bu illəri də məhz Allaha və imanlı dostlaragüvənərək yaşadıq... Və bir gün biləndə ki, İslam və Türk dünyasının böyük oğlu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da 26 fevralda dünyaya gəlib,qəlbimdəki ümid şölələri daha gur parladı... Yəqin bu da ilahi bir təqdirdir...
Cahandakı hər şeyə bacardığım yöndə açıq, ayıq nəzərlərlə baxmağa çalışıram. Bilirəm ki, müsəlman əbası, çalması geyib masonluğa, sionizmə xidmət edən din xadimləri, pafosla türkçülükdən, Azərbaycançılıqdan, müstəqillikdən, demokratiyadan danışıb xalqın gözünə kül üfürən siyasətçilərimiz və s. var. Hər şeyin doğrusunu Allah bilir. Və Onun idarə etdiyi zaman çox sirləri açacaq... Tanıyanlar bilir ki, gülləni başıma dayasalar da, ürəyim istəmədiyi adam haqqında saxta tərif demərəm, yazmaram...
Sayın Ərdoğan hələ baş nazir olduğu illərdən Türkiyənin prezidenti kimi çalışdığı bu günlərədək onun siyasəti haqqında da müxtəlif ziddiyyətli fikirlər və fərziyyələr dolaşır...
Qardaş ölkədə də, bizdə də bəziləri Ərdoğan başda olmaqla AKP iqtidarının guya masonların, sionistlərin, ABŞ və İsrailin gizli dünya düzəni planlarına uyğun siyasət yürütdüyünü və ABŞ və İsrailə qarşı pafoslu çıxışların guya məhz bunu ört-basdır etməyə hesablandığını söyləyirlər. Bilmirəm, bəlkə Türkiyədə yaşayaraq siyasi proses və hadisələri dəqiq izləyənlər daha dürüst nəticəyə gələ bilərlər... Amma kim nə düşünür -düşünsün, nə deyir-desin, hörmətli Ərdoğana böyük rəğbətim və inamım var... Və bir təbii sual da meydana çıxır; əgər AKP-nin Türkiyəni çökdürmək məqsədi olsaydı, niyə hakimiyyətdə olduğu son 15 ildə bunu etmədi? Əksinə, Türkiyəni ABŞ-ın, İsrailin, Avropanın, Rusiyanın gizli-açıq basqılarından, neçə çevriliş təşəbbüsündən xilas etdi, iqtisadiyyatını, ordusunu gücləndirdi.... Bu Türk-İslam dövlətinin beynəlxalq nüfuzunu, qüdrətini daha da yüksəltdi...
Bu gün Türkiyənin müzəffər ordusunun Suriyanın Afrin şəhəri istiqamətində apardığı irimiqyaslı uğurlu antiterror əməliyyatları 2016-cı ilin Aprel savaşlarında olduğu kimi İslam, türk dünyasının bir parçası olaraq Azərbaycanı da, bizləri də sevindirir və haqq uğrunda mübarizəyə ruhlandırır... Olan-qalan torpaqlarımızın 20 fazinin kafir işğalı altında olduğu bir dönəmdə bizə bu cür ruh yüksəkliyi hava və su kimi lazımdır. Doğrudur, biz öncə öz müstəqil(!) dövlətimizə, ordumuza güvənməliyik. Amma qardaş, dost uğuru bizlərə də qol-qanad, güc verir...
Düşünürəm ki, görəsən, bu gün fevralın 26-da doğum günü olan, bir neçə gün öncə "Xocalını kim unutsa da, biz unutmayacağıq, unutdurmayacağıq” hayqıran Ərdoğanın heç ağlından keçirmi ki,Osmanlının 1918-ci ildə bir qardaş kimi Azərbaycana etdiyi birbaşa yardımı təkrarlamağa qadir ola və növbəti doğum günlərindən birini Azərbaycan əsgəri, torpaqlarına qayıtmış didərginlərlə birgə, ölkəmizin başçısı ilə çiyin-çiyinə düşməndən azad edilmiş Xocalıda kutlaya...
Tarixən müsəlmanlar, türklər bir-birinə çox yardımlarda bulunub, qardaş əli uzadıblar. 1915-ci ilin dünyanı heyran qoyan, Qərbin 13 ölkəsini diz çökdürən məşhur Çanaqqala savaşında minlərlə Azərbaycan türkü şəhid olub... 1918-ci ildə Azərbaycanın, xüsusən Bakının erməni-daşnak-bolşevik birləşmələrindən azad edilməsində də 1000-dən çox Osmanlı əsgəri canını fəda edib...
Yəni Ərdoğanın işğal altındakı torpaqlarımızın, o cümlədən Xocalının azad edilməsində, qisasının alınmasında Azərbaycanadəstək verməsi və özünün də bu zəfərdə iştirakı mümkün ola biləcək bir olaydır. Bu, çoxlarına xəyal kimi görünə bilər. Məgər hər bir böyük qələbə beyinlərdəki xəyalların əməllərlə, davamlımübarizə və savaşlarla gerçəkləşdirilməsi deyilmi?.. Böyük müsəlman ümməti, xüsusən də türklər tarixdə çox namümkünü mümkün edib...
Soykökü Güney Azərbaycandan olan, bu gün də adı gələndə türk-müsəlman düşmənlərinin dizləri qatlanan dünyanın nəhəng fatehi SƏLAHƏDDİN ƏYYUBİNİ yada salaq. Çocuq ikən xəyal etdi ki, o zaman səlibçi kafirlərin əlində olan Qüdsdə ən uca bir minarə ucaltsın... Və 50 yaşında ikən xəyalını gerçəkləşdirdi... Avropanın Xaçlı yürüşçüləri Qüdsdə Xocalıdan da dəhşətli qətliamlar törətmişdilər. Aralarında yəhudilərin də olduğu 40 minə yaxın insan min bir işgəncələrlə qətlə yetirilmişdi. Sultan Səlahəddin bütün müsəlman əmirliklərini birləşdirərək 1187-ci ildə Qüdsü fəth etdi və səlibçilərdən qisas aldı. Ancaq müsəlman lideri bütün xristian əhalini ucdantutma qılıncdan keçirmədi, onların müsəlmanlara qarşı soyqırım təşkil etmiş və bilavasitə qətliamlarda iştirak etmiş sərkərdə və hərbçilərini edam etdirdi...
Müsəlman, türk bax, belə qisas alır. Xocalının da qisasını belə almaq lazımdır. XXI əsrin Nürnberq məhkəməsi düşməndən azad edilmiş bu türk-müsəlman yurdunda qurulmalıdır.... Balayan, Köçəryan, Sərkisyan, Ohanyan, Petrosyan, Qukasyan, Saakyan və s. kimi ideoloq, təçkilatçı və icraçıları edam kürsüsündə görmək yetərlidir. Bir də təbii ki, döyüş zamanı müqavimət göstərənlər ya öldürüləcək, ya da əsir götürüləcək... Qanunlara tabe olanlar Azərbaycan vətəndaşı kimi yaşaya bilərlər. Necə ki, sultan Səlahəddin Qüdsdə xristianlara da, yəhudilərə də normal yaşamaq üçün şərait yaratmışdı. Sonralar isə "Osmanlı millətçiliyi-ümmətçiliyi” deyilən bir sistem nəinki Qüdsdə, türklərin nəzarət etdiyi bütün nəhəng ərazidə dinindən, irqindən, milliyətindən asılı olmayaraq hər bir kəsin hüquqlarını qoruyurdu.
Yaxın Şərqdə, xüsusən Fələstində, Yəməndə, İraqda, Suriyada tarixin heç bir dönəmində Osmanlı dövrü qədər dinclik olmayıb. Əsrlərdir ki, nə yəhudilər, nə də ingilislər öz saxta ideologiyalarını, "demokratiyanı” keçmiş Osmanlı ərazilərindəki əhaliyə həzm elətdirib sabitlik yarada bilmirlər...
Tarix bir daha sübut edir ki, nəinki Yaxın Şərqin, bütün bəşəriyyətin xilası bünövrəsi Peyğəmbərimizin (s.ə.s.) dövründən qoyulmuş İslam, Osmanlı idarəçilik sistemindədir. İslamın haqq uğrunda mübarizəsi ayrı-ayrı dinlərə, millətlərə, dövlətlərə qarşı yox, ümumiyyətlə, Şərə qarşıdır, Allahın buyruqlarına uyğun nizami-aləm üçündür...
Bütün dövrlər üçün dəyişməz qanun və prinsiplər yalnız Allahın sonuncu Kitabı Quranda təsbit olunub... Bunu üç qitənin ərazisində 500 il hökm sürmüş ulu Osmanlı dövləti sübut etdi. Təəssüf ki, bu nəhəng dövlət sonda özlərinə Qüdsdə dövlət qurmağa çalışan sionist yəhudilərin, İngiltərənin, Rusiya və Fransanın davamlı təzyiqləri və ayrı-ayrı Osmanlı liderlərin, paşaların və s. öz nəfsinə uyması nəticəsində Allah qanunlarından yayınması ucbatından iflasa uğrayıb parçalandı...
Doğrudur, Ərdoğan iqtidarının daxili və xarici siyasətdə səhvləri də yox deyil... İqtisadiyyatda xeyli tərəqqi olsa da, problemlər də çoxdur. "Ergenekon”, 2016-cı il dərbəsindən sonra Türkiyə ordusunda yüksək rütbəli zabitlərin, məmurların və s. kütləvi həbsləri də təhlükəlidir... "PKK”, "İŞİD” və s. terroru illərdir ki, öz işini görməkdə davam edir: dinc insanlar, hərbçilər, polislər, məmurlar qətlə yetirilir, girov götürülür...
Bütün hallarda son illər AKP-nin və Ərdoğan hökumətinin xarici siyasəti məhz "Osmanlı ümmətçiliyini” xatırladır...
Rəhmətlik Alparslan Türkeşə də, onun bu günkü davamçıları olan sayın Dövlət Baxçalının rəhbərlik etdiyi millətçi bozqurdçulara da rəğbətimiz var. Ancaq bir daha söyləyirik: Allahsız, İslamsız millətçilik Türkiyəni də, onunla bərabər bütün müsəlman- türk dünyasını yolundan sapdırıb asanlıqla Şərə təslim edə bilər... Eyni zamanda siyasi manevrlər üçün İslamdan sui-istifadə etmək də Allah və xalq qarşısında böyük günahdır...
Hər şey ifrata varanda gözdən düşür.İslam hər şeydə miyanəçiliyi, orta həddi gözləyir. Eləcə də müharibədə, savaşda, düşməndən qisas almaqda da... "Ey möminlər! Sizə qarşı vuruşanlara qarşı siz də Allah yolunda vuruşun! Lakin həddən kənara çıxmayın...”(Qurani-Kərim, Əl-Bəqərə,190)
Biz Azərbaycan olaraq ötən 26 ildə Xocalının qisası üçün quru bəyanatlardan, mitinq və yığıncaqlardan, məqalə və kitab yazmaqdan, filmlər çəkdirməkdən, 9 ölkədə bu soyqırımı tanıtdırmaqdan başqa, demək olar ki, heç nə etməmişik... Düzdü, Allah şəhidlərə rəhmət eləsin, qazilərə cansağlığı versin, 1992-1994-cü illərdə döyüşən oğul-qızlarımız neçə-neçə erməni quldurunu məhv edərək, şəhid olaraq fərdi qaydada qisaslarını alıblar. Son illər də Mübariz İbrahimov kimi, 2016-cı il Aprel savaşlarındakı şəhid və qazilərimiz kimi igidlərimiz olub… Amma bütövlükdə bir xalq, dövlət olaraq qisasımızı almamışıq, o soyqırımın təşkilatçı və icraçılarını cəzalandırmamışıq…
Əgər hər bir addımımızda, hər bir əməlimizdə Allahı, Quranımızı, Peyğəmbərimizi rəhbər tutsaq, bütün müqəddəs xəyallarımızı həm bu, həm ötəki dünyada gerçəkləşdirər və Şərə qalib gələrik... Dünən sultan Səlahəddinlər bunun mümkünlüyünü isbatlayıblar... Bu gün də Ərdoğanlar isbatlaya bilərlər...
...Yəqin ki, ötən əsrin 50-ci illərinin sonu- 60-cıı illərinin əvvəlində yoxsul bir ailənin çoçuğu olan, təhsil ala-ala işləyib çörək parası qazanan balaca Tayyibi tanıyanların heç xəyalına da gəlməzdi ki,gün gələcək bu müsəlman, türk oğlu böyük Türkiyə dövlətinin başında duracaq və dünyaya meydan oxuyan İsrailin cavabını verəcək, ABŞ-ın, Fransanın antimüsəlman, antitürk siyasətinə sərt təpgi göstərəcək, Fələstindəki, Qarabağdakı müsəlmanların haqlarının müdafiəsinə qalxacaq. Ərdoğan çox xəyalları gerçəkləşdirə bilər. İnşallah, o gün də gəlsin ki, sayın cümhur başkanının doğum gününü azad Qarabağda – Xocalıda kutlayaq... Və orada artıq ürəklə, könül açıqlığıyla onu da, digər doğum günü olanları da təbrik edək...Allah o xoşbəxt günü yaşatsın bizlərə, sayın Ərdoğan!..
Sultan Laçın