Şəfəqə Doğru » Manşet » Bayden aktivləşir: Hədəfdə İrəvan da var.

Bayden aktivləşir: Hədəfdə İrəvan da var.

Bayden aktivləşir: Hədəfdə İrəvan da var.

ABŞ Prezidenti Cozef Bayden postsovet ölkələrini Rusiyadan qoparmaq üçün səylərini aktivləşdirir.

Shafaqadogru.com  xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov deyib. Onun sözlərinə görə, Vaşinqtonun diqqət mərkəzinə, xüsusilə, Belarus, Özbəkistan, Ermənistan və Qazaxıstan düşəcək:

"Bu, qarşımıza müttəfiqlərimiz olan ölkələrdə öz təsirimizin saxlanılması üçün yeni hədəflər qoyur”.

Puşkov Vaşinqtonun Kiyevlə hərbi tərəfdaşlığı gücləndirəcəyini bildirib. Senatorun fikrincə, Ukrayna ərazisində Amerikanın hərbi dəniz bazaları peyda olacaq.

ABŞ-ın Ukraynaya hücum silahları verəcəyini iddia edən Puşkov Vaşinqtonun Kiyevi aktiv şəkildə Qərb hərbi strukturlarına inteqrasiya edərək, NATO-nun qeyri-rəsmi üzvünə çevirəcəyini bildirib.