Şəfəqə Doğru » Manşet » Deputatdan sərt sözlər-“Hamısı rüşvətxorluğun, korrupsiyanın nəticəsidir"

Deputatdan sərt sözlər-“Hamısı rüşvətxorluğun, korrupsiyanın nəticəsidir"

Deputatdan sərt sözlər-“Hamısı rüşvətxorluğun, korrupsiyanın nəticəsidir"

"Belə davam edə bilməz, həmin şəxslər də müəyyən dərs götürməlidirlər”

 "Bu çox unikal bir çıxış idi, çünki konkret adlar çəkildi. Mən düşünürdüm ki, müharibədən sonra məmurlar rüşvətxorluq, ərazi zəbt etmə kimi əməllərindən əl çəkərlər. Amma bunu görmədim. Hər şey öz axarında gedir”.Bunları "unikal.org”a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. O bildirib ki, adı çəkilən və digər məmurlar ölkə başçısının bu çıxışından nəticə çıxarmalıdırlar:

"Cənab Prezident dediyi kimi, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Burada ofis açmaqdan söhbət getmir, torpaq zəbt etməkdən söhbət gedir. Yəni, orada gedib 100 hektarlarla ərazi zəbt etsinlər və özlərinə otellər, müəyyən ticarət obyektləri tiksinlər. Bu da olacaq özbaşınalıq.