Şəfəqə Doğru » Manşet » Fotolardan da bəlli olur ki, Azərbaycan vətəndaşlığını qəbul etməyincə bunlar belə dilənçi günündə sürünəcəklər...

Fotolardan da bəlli olur ki, Azərbaycan vətəndaşlığını qəbul etməyincə bunlar belə dilənçi günündə sürünəcəklər...

Fotolardan da bəlli olur ki, Azərbaycan vətəndaşlığını qəbul etməyincə bunlar belə dilənçi günündə sürünəcəklər...
"Tufengyan” erməni xeyriyyə(?) fondunun Fransadakı "Merye” adlanan bölməsinin üzvləri dünən fevralın 4-də  Azərbaycanın Laçın rayonundakı dövlət sərhədini pozaraq Xocavənd rayonuna gəlib.
Shafaqadogru.com   xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, Fransa erməniləri Xocavənd rayonunun "Maçkalaşen” adlandırılmış Cütçü kəndindəki soydaşlarına yardım gətiriblər.
Azərbaycan sərhədini pozan Fransa vətəndaşları arasında Lion şəhərinin keçmiş meri Geork Kerpenekyan da var.

Xatırlatma: 

Cütcü kəndi dağətəyi ərazidədir. Keçmışdə kəndin ərazisi azərbaycanlı əhali üçün binə yeri və xırmanlıq olmuşdur. XIX əsrdə ermənilər Çar Rusiyası tərəfindən burada məskunlaşdırıldıqdan sonra daimi yaşayış məntəqəsinə çevrilən binə Maçkalaşen (erm. "cutcu, əkinçi kəndi") adlandırılıb.

P.S. Fotolardan da bəlli olur ki, Azərbaycan vətəndaşlığını qəbul etməyincə bunlar belə dilənçi günündə  sürünəcəklər...

Sultan Laçın