"Xocalıda qətlə yetirilən Azərbaycan Türkü qardaşlarımızı rəhmətlə anıram".
Bunu İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğlu özünün tvitter hesabında Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşımında yazıb.
"Bütün bölgəyə, qonşularımıza və soydaşlarımıza sülh və huzur dolu gələcək diləyirəm. Allah bir daha belə acılar yaşatmasın”, - deyə İmamoğlu bildirib.