Şəfəqə Doğru » Manşet » İcra nümayəndəliyinin binasından oğurluq edən saxlanıldı

İcra nümayəndəliyinin binasından oğurluq edən saxlanıldı

İcra nümayəndəliyinin binasından oğurluq  edən saxlanıldı

İsmayıllı rayonu Cülyan kənd icra nümayəndəliyinin inzibati binasından 1700 manat dəyərində kompüter dəsti naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş İsrəfil Alızadə saxlanılıb. Oğurladığı kompüterlər isə Quşencə kəndində yaşadığı evdən götürülərək maddi sübut kimi istintaqa təqdim olunub.//qafqazinfo