Suraxanı rayonu Hövsan qəsəbəsində avtomobilində qumbara gəzdirən şəxs saxlanılıb.
Qəsəbə sakini Fuad Lazımov idarə etdiyi "Saipa” markalı nəqliyyat vasitəsi ilə birlikdə saxlanılıb.
Suraxanı RPİ 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən avtomobilinə baxış zamanı 1 ədəd tapança və 1 ədəd alışqanı ilə birlikdə "F1” qumbarası aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir///qafqazinfo