Şəfəqə Doğru » Manşet » Mədəniyyət evinin müdiri həbs edilib-Ucarda

Mədəniyyət evinin müdiri həbs edilib-Ucarda

Mədəniyyət evinin müdiri  həbs  edilib-Ucarda

Ucar rayon mədəniyyət evinin müdiri Rəfail Hüseynov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. O, vətəndaşın şikayəti əsasında saxlanılaraq azyaşlıya qarşı əxlaqsızlıqda təqsirləndirilib. R.Hüseynov Ucar rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs edilib.

 

R Hüseynova qarşı Cinayət Məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə ittiham elan olunub.

Faktla bağlı istintaq araşdırmaları davam etdirilir/// modern.az