İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsinin ərazisinə əlavə polis qüvvələri yeridilib.
Xarici KİV-də yer alan məlumata görə, binanın yaxınlığında 200 etirazçı aksiya keçirir. Onlar polisdən xüsusi əməliyyat keçirməməyi tələb edirlər.
***
İrəvanda silahlı qrup tərəfindən ələ keçirilmiş polis bölməsində polis əməkdaşları və nümayişçilər arasında toqquşmalar başlayıb.
Shafaqadogru.com erməni KİV-lərinə istinadən xəbər verir ki, ərazidə atəş səsləri eşidilir.
Nümayişçilər polis əməkdaşlarına daş atırlar.