Şəfəqə Doğru » Manşet » Polşada azərbaycanlı gənclərə hücum olub

Polşada azərbaycanlı gənclərə hücum olub

Polşada azərbaycanlı gənclərə hücum olub

Polşada azərbaycanlı tələbələrə soyuq silahla hücum edilib.

Hadisə martın 26-da paytaxt Varşavada baş verib.

Belə ki, ölkədə təhsil alan 6 azərbaycanlı gənc naməlum şəxslərin hücumuna məruz qalıb.

Məlumata görə, şəhərin Bemova rayonu ərazisində bir qrup şəxslə azərbaycanlı tələbələr arasında mübahisə yaranıb. Onlar azərbaycanlılara qarşı təhqiramiz ifadələr işlədərək hücum ediblər. Bu zaman əlbəyaxa dava düşüb.

Qarşı tərəf "beşbarmaq”la azərbaycanlı gənclərə yüngül xəsarətlər yetirib. Daha sonra həmin şəxslər hadisə yerindən qaçıblar.