Şəfəqə Doğru » Manşet » "Ad günü" tədbirinə polis müdaxilə edib

"Ad günü" tədbirinə polis müdaxilə edib

"Ad günü" tədbirinə polis müdaxilə edib

Goranboy rayon Polis Şöbəsinə (RPŞ) rayonun Qaradağlı kəndində ad günü mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, mərasim iştirakçıları barədə qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.