Şəfəqə Doğru » Manşet » Cəlilabadda ata və oğulu bıçaqlayıblar

Cəlilabadda ata və oğulu bıçaqlayıblar

Cəlilabadda ata və oğulu bıçaqlayıblar

Aprelin 14-də saat 21 radələrində Cəlilabad rayonu, Ocaqlı kənd sakini 1988-ci il təvəllüdlü Əliyev Ceyhun Cabir oğluna bıçaqla xəsarətlər yetirilməsi, atası 1964-cü il təvəllüdlü Əliyev Cabir Saleh oğlunun isə bıçaqlanaraq öldürülməsi barədə  rayon prokurorluğuna məlumat daxil olub.

 

Cəlilabad rayon prokurorluğundan modern.az saytına  verilən məlumata görə, Ceyhun Əliyevin tanışı, əvəllər məhkum olunmuş Niftullayev Ragin Mirzəbala oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Ceyhun Əliyevə çoxsaylı xəsarətlər yetirməsinə, daha sonra həmin bıçaqla sonuncunun atası Cabir Əliyevə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr yaranıb.

 

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Ragin Niftullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.