Şəfəqə Doğru » Manşet » Bayden qondarma “erməni soyqırımı"nı tanıyarsa, nələr baş verəcək? – “Türkiyə hazırda aktiv iş aparır”

Bayden qondarma “erməni soyqırımı"nı tanıyarsa, nələr baş verəcək? – “Türkiyə hazırda aktiv iş aparır”

Bayden qondarma “erməni soyqırımı"nı tanıyarsa, nələr baş verəcək? – “Türkiyə hazırda aktiv iş aparır”
ABŞ prezidenti Co Baydenin 24 aprel tarixində "erməni soyqırımı"nı tanıyacağı bildirilir. Erməni lobbisi ABŞ-da bu istiqamətdə aktiv fəaliyyət göstərir. Lakin eyni zamanda Baydenin qərarından dönəcəyi də istisna edilmir.
 
Maraqlıdır, rəsmi Vaşinqton qondarma soyqırımı rəsmi şəkildə tanıyacaqmı? Bu baş verərsə, nəticələr necə olacaq? 

Məsələ ətrafında Sfera.az-a danışan politoloq Məhəmməd Əsədullazadə Bayden adminstrasiyanın soyqırmı rəsmi tanımasının ağır fəsadlarla nəticələnəcəyini bildirib.
 
Həmsöhbətimiz sözügedən addımın türk dövlətləri ilə əlaqələrə təsir edəcəyini qeyd edib:

"ABŞ prezidentləri hər il qondarma soyqırım ifadəsi işlətməyib, bunu böyük faciə kimi yayımlayırlar. Bu da Türkiyə və ABŞ arasında stareteji müttəfiqliyin qorunması və iki ölkə arasında problemlərin yaranmasından irəli gəlir. Bayden adminstrasiyasının Türkiyəyə qarşı siyasətində müəyyən problemlər var və bir neçə ildir ki, iki ölkə arasında soyuq rüzgarlar əsir. Amma buna baxmayaraq, qırmızı cizgilər var ki, ABŞ bunu keçmir. 24 apreldə Baydenin soyqırım ifadəsini işlətməsi Vaşinqton Ankara arasında böyük diplomatik qalmaqala gətirib çıxaracaq. Hətta bu səbəblə Türkiyə ABŞ-dakı səfirini də geri çağıra bilər. Bu artıq ABŞ-ın Türkiyəni müttəfiq görmədiyinin yanaşması olmaqla bərabər, həm də türk dövlətləri ilə əlaqələrə ağır zərbə ola bilər. Bunu, ABŞ çox yaxşı bilir lakin erməni lobbisinin ciddi təzyiqləri də var". 

Ekspert ABŞ-ın qondarma "soyqırım"ı rəsmi şəkildə tanımaya biləcəyini də qeyd edib: 

"ABŞ-ın Yaxın Şərqdəki maraqları Türkiyə ilə uzlaşır, onlar Suriyada müəyyən mənada kordinasiyalı fəaliyyət göstərirlər, hazırda yeni bir dünya nizamı formalaşır. Bu strateji əməkdaşlıqdan sonra ABŞ-ın soyqırım ifadəsi işlətməsi rəsmi Vaşinqtonun özünə ziyandır. Həmçinin bu Amerikanın regional maraqlarına qarşı gəlmək kimi də qiymətləndiriləcək. Türkiyə hazırda bu istiqamətdə aktiv iş aparır. Aradakı gərginliyə baxmayaraq, ABŞ soyqırım ifadəsini işlətsə də, bunu rəsmi şəkildə tanımaya bilər".

Əzizə Zeynal
Sfera.az