İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat katibi Ceyhun Əsgərov işindən ayrıldığını bildirib.
	
			
	C.Əsgərov yeni layihə üzərində çalışdığını açıqlayıb.
	
			
	Qeyd edək ki, Ceyhun Əsgərov 2003-2011-ci illərdə ANS teleradio şirkətində müxtəlif vəzifələrdə çalışıb. Sonralar "Araz” radiosunda siyasi şərhçi, "Türk El” telekanalında baş direktor, CBC kanalında "Xəbərlər” redaksiyasının direktoru, 2015-ci ildə isə "Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi, www.aznews.az və www.novosti.az. İnformasiya portallarının baş redaktoru olub. 
	
			
	O, şəhid Milli Qəhrəman Salatın Əsgərovanın oğludur.