Şəfəqə Doğru » Manşet » “Azərbaycan Dəmir Yolları”nın bir neçə şirkəti birləşdirilir, yeni şirkət yaradılır

“Azərbaycan Dəmir Yolları”nın bir neçə şirkəti birləşdirilir, yeni şirkət yaradılır

“Azərbaycan Dəmir Yolları”nın bir neçə şirkəti birləşdirilir, yeni şirkət yaradılır

"Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus "Əsaslı Tikinti və Texniki Nəzarət” MMC yenidən təşkil olunur.

"Report" xəbər verir ki, buna səbəb səhmdar cəmiyyətinin 4 şirkətinin - Dəmiryolservis", "5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi", "11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" və "ADY Servis” MMC-lərin, eləcə də "Əsaslı Təmir” MMC-nin ləğv olunaraq 1-ciyə qoşulmasıdır.

Yenidən təşkil olunma başa çatdıqdan sonra şirkət "ADY Tikinti” adlandırılacaq.

ADY ilə bağlı daha bir yenilik isə quruma məxsus "Təsərrüfat idarəsi" MMC-nin də ləğv olunmasıdır.