Şəfəqə Doğru » Manşet » Arif Quliyevin vəziyyəti ağır olaraq qalır

Arif Quliyevin vəziyyəti ağır olaraq qalır

Arif Quliyevin vəziyyəti ağır olaraq qalır

Koronavirusa (COVID-19) yoluxan Xalq artisti Arif Quliyevin son durumu açıqlanıb.

Modern.az-ın məlumatına görə, Xalq artistinin oğlu Rövşən Quliyev Report-a bildirib ki, atasının vəziyyəti ağır olaraq qalır.

"Hələ də səhhətində heç bir irəliləyiş yoxdur. Müalicəsi davam edir, sistemlər qoşulur. Gözləyirik”, - o deyib.

Qeyd edək ki, A.Quliyevin ağ ciyərinin 90 faizi zədələndiyi üçün süni tənəffüs aparatına qoşulub.