Şəfəqə Doğru » Manşet » AZƏRBAYCANDA İKİ NAZİRLİK BİRLƏŞDİRİLİR: "Müzakirələr gedir"

AZƏRBAYCANDA İKİ NAZİRLİK BİRLƏŞDİRİLİR: "Müzakirələr gedir"

AZƏRBAYCANDA İKİ NAZİRLİK BİRLƏŞDİRİLİR: "Müzakirələr gedir"

Yaxın zamanlarda iki nazirlik birləşdirilə bilər.

Bu haqda Etikxeber.az-a etibarlı mənbədən bildirilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin birləşdirilməsi gözlənilir.

"Bu haqda yuxarı dairələrdə müzakirələr gedir. Ola bilər ki, yaxın zamanlarda konkret qərar verilsin, yəni, Mədəniyyət Nazirliyi ilə Gənclər və İdman Nazirliyi birləşdirilsin”, - deyə bildirilib.

Onu da qeyd edək ki, Gənclər və idman naziri vəzifəsi hazırda boşdur.

Bir müddət öncə Gənclər və idman naziri Azad Rəhimov xərçəng xəstəliyindən dünyasını dəyişib.