Şəfəqə Doğru » Manşet » Gecələr işləyən çayxanaya polis basqın etdi

Gecələr işləyən çayxanaya polis basqın etdi

Gecələr işləyən çayxanaya polis  basqın etdi

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
 
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Fətəlikənd kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.
 
Polis əməkdaşları tərəfindən çayxananın fəaliyyəti dayandırılıb, obyektin icarədarı O.Kikinadze və orada olan müştərilər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb//hit.az