Şəfəqə Doğru » Manşet » Ağacları kəsərək təbiətə 7 minlik ziyan vuran şirlət haqqında akt tərtib olunub

Ağacları kəsərək təbiətə 7 minlik ziyan vuran şirlət haqqında akt tərtib olunub

Ağacları kəsərək təbiətə 7 minlik ziyan vuran şirlət haqqında  akt  tərtib olunub

Xaçmaz rayonunun Fərzəlioba kəndində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.

Verilən məlumata görə, xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, araşdırma zamanı bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsində "Qərb Ekol” MMC tərəfindən palıd və qarağac ağaclarının kəsildiyi və təbiətə 7000 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

 

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Xaçmaz rayon Prokurorluğuna göndərilib.