Şəfəqə Doğru » Manşet » Gəncədə vəzifəli şəxslər aeroportda dava ediblər

Gəncədə vəzifəli şəxslər aeroportda dava ediblər

Gəncədə vəzifəli şəxslər aeroportda dava ediblər

Gəncə Hava Limanında vəzifəli şəxslər arasında dava olub.

 Report-un xəbərinə görə, hava limanının Aviasiya Təhlükəsizliyi xidmətinin rəisi Akif Alıyev və Yerüstü xidmət sahəsinin növbətçi rəisi Elcan Babayev əlbəyaxa olublar. Dava zamanı onlar bir-birinə xəsarət yetiriblər.

Hadisə hər iki şəxsin xidmətdə olduğu zaman baş verib. A.Alıyev və E.Babayev arasında əvvəllər də mübahisə olduğu bildirilir.

 

İnsidentə polis müdaxilə edib. Hazırda fakt araşdırılır.

***

"Azərbaycan Hava Yolları” QSC (AZAL) Gəncə Hava Limanında vəzifəli şəxslər arasında dava olmasına münasibət bildirib.

Mətbuat katibi Paşa Kəsəmənski vəzifəli əməkdaşlar əlbəyaxa deyil, söz davasına çıxdığını deyib.