Şəfəqə Doğru » Manşet » Məşhur universitet Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlığa başlayıb

Məşhur universitet Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlığa başlayıb

Məşhur universitet Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlığa başlayıb

İyunun 2-də ADA Universiteti ilə Azərbaycan Beynəlxalq Bankı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumu ADA Universitetinin İcraçı prorektoru Fariz İsmayılzadə və Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov imzalayıb.

Sənədin əsas məqsədlərindən biri Bankın strateji fəaliyyət istiqamətləri üzrə müxtəlif mövzulara dair elmi tədqiqatların aparılması, birgə konfrans və tədbirlərin keçirilməsi, bank əməkdaşları üçün fərqli dərəcə və ixtisasartırma proqramlarının həyata keçirilməsidir. Eləcə də ADA-nın yüksək bilik və bacarığı ilə fərqlənən məzunlarının işlə təmin edilməsi də əsas məqsədlər sırasındadır. Memoranduma əsasən, universitetin "Big Data” Mərkəzinin rezident tələbələri ilə Bankın müvafiq birgə layihələri reallaşdırılacaq. Əməkdaşlıq çərçivəsində məlumat və təcrübə mübadiləsinin həyata keçirilməsi də nəzərdə tutulub.

Memoranduma əsasən, gənc peşəkarların hazırlanması istiqamətində Universitetin İnformasiya Texnologiyaları və Mühəndislik, Biznes və ya digər fakültələrinin tələbələri üçün təqaüd proqramları təsis ediləcək. "Big Data” Mərkəzinin rezident tələbələri Bankın müvafiq sifarişlərini yerinə yetirəcəklər. Əməkdaşlıq çərçivəsində birgə layihə-konstruktor işlərinin aparılması, habelə elmi və elmi-texniki konfransların təşkili, məlumat və təcrübə mübadiləsinin həyata keçirilməsi də nəzərdə tutulub.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov isə Bankın strateji inkişaf planından bəhs edərək rəqəmsal bankçılıq, korporativ idarəetmə, davamlı və rəqabətədavamlı biznes modelinin tətbiq edilməsi üzrə əldə olunan təcrübə və nailiyyətlərə diqqət yönəldib: "Ən qabaqcıl yenilikləri ölkəmizə gətirməklə yanaşı, biz insan kapitalının dəstəkləməsinə, istedadlı insanlara inkişaf mühitinin yaradılmasına da böyük önəm veririk. Yüksək potensiala malik gəncləri işə cəlb edib onların peşəkar inkişafına kömək göstərməklə ölkəmizin iqtisadi inkişafına əlavə dəyər qazandırmağı hədəfləyirik. ADA Universiteti ilə genişlənən əməkdaşlığımız bu istiqamətdə yeni imkanlar yaradacaq”- deyə A.İbrahimov vurğulayıb.

Azərbaycan Beynəlxalq Bankının müasir, universal və faydalı məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.