Şəfəqə Doğru » Manşet » Yarışa qatılmadılar-Güləş Federasiyasından anlaşılmaz qərar və biabırçı nəticə

Yarışa qatılmadılar-Güləş Federasiyasından anlaşılmaz qərar və biabırçı nəticə

Yarışa qatılmadılar-Güləş Federasiyasından anlaşılmaz  qərar və biabırçı nəticə

Mayın 27-də Bolqarıstanın paytaxtı Sofiyada 15 yaşlı güləşçilər arasında Avropa çempionatı start götürüb. 

Qitə birinciliyində Azərbaycan yığması güləşin hər iki növündə təmsil olunmalı idi.  

Lakin yunan-Roma güləşçilərimiz çempionata qatılsa da, sərbəst güləşçilərimiz iştirak etməyib. Maraqlıdır ki, çempionatdan əvvəl Azərbaycan Güləş Federasiyası sərbəst güləşçilərimizin iştirak vərəqəsini göndərib. 

Lakin sonradan bəlli olmayan səbəbdən güləşçilərimiz AÇ-yə yollanmayıb. 

Nəticədə komandamızın üzvlərinə texniki məğlubiyyət verilib. 

Sərbəst güləşçilərimiz Emin Cavadlı, Turan Daşdəmirov, Nurlan İbadzadə, Murad Əliyev, Elşad Abbasov yarışı iştirak etmədən məğlubiyyətlə başa vurublar.  Sonda Azərbaycan yığması turniri 0 xalla başa vurub//qafqazinfo