Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanıb
15-06-2021, 12:51
297
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən açıqlanan məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini V.Əbdulovun yaşadığı evə baxış zamanı oradan 2 kiloqram 230 qram heroin, 192 qram tiryək, 230 qram metamfetamin, 2 ədəd elektron tərəzi və 2 ədəd bıçaq aşkar edilərək götürülüb//modern.az