Şəfəqə Doğru » Manşet » "Bu nədir verirsən 100 manatlıq qayda pozuntusuna?”- Yol polisi haqqında rüşvət iddiası

"Bu nədir verirsən 100 manatlıq qayda pozuntusuna?”- Yol polisi haqqında rüşvət iddiası

"Bu nədir verirsən 100 manatlıq qayda pozuntusuna?”- Yol polisi haqqında  rüşvət iddiası

Baş Dövlət Yol Polisi İdarəsi Abşeron rayonunun Novxanı qəsəbəsində yol polisinin sürücüdən rüşvət alması iddiası ilə bağlı yayılan videogörüntülər haqda açıqlama verib.

 Meydan TV-yə istinadən yayılan xəbərdə bildirilir  ki, videoda yol hərəkəti qaydasını pozan sürücünün yol polisi əməkdaşı tərəfindən saxlanıldığı görünür. Daha sonra davam etdirilən söhbət zamanı sürücü qaydanı pozduğunu etiraf etsə də, yol polisi əməkdaşına rüşvət təklif edir. Polis isə məbləğlə razılaşmayaraq "bu nədir verirsən 100 manatlıq qayda pozuntusuna?” deyərək reaksiya verib. Daha sonra isə o, sürücü barəsində protokol tərtib etmədən onu buraxıb.

 

İdarənin sözçüsü, polis polkovnik-leytenantı Namidan Piriyev saytımıza açıqlamasında bildirib ki, yayılan videogörüntülərlə bağlı araşdırma aparılır: "Hazırda xidməti yoxlama aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Videonun linkini təqdim edirik

https://www.youtube.com/watch?v=-dFBMhB0n7Q