Bu ilin aprel ayında Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Quliyev korrupsiyada ittiham olunaraq həbs olunub.
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində Abbas Rzayevin sədrliyi ilə iyunun 26-da keçirilən növbəti məhkəmə prosesi zamanı R.Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb.
Rasim Quliyevin bu qərardan apellasiya şikayəti verəcəyi bildirilib .
Qeyd edək ki, R.Quliyev 1990-cı ildə tələbə hərəkatının liderlərindən biri olub və 1992-ci ilin dekabr ayında AXC-Müsavat hakimiyyəti dövründə siyasi məhbus kimi həbs edilib. O, 1993-cü ildə aclıq aksiyasına başlayıb və nəhayət Heydər Əliyevin müdaxiləsindən sonra azadlığa buraxılıb// hit.az