Şəfəqə Doğru » Manşet » Türkiyədə yanğınlardan ölüm sayı 4-ə yüksəldi

Türkiyədə yanğınlardan ölüm sayı 4-ə yüksəldi

Türkiyədə yanğınlardan ölüm sayı 4-ə yüksəldi

Türkiyənin Muğla rayonunda baş verən yanğında bir nəfər ölüb.

APA-nın  xəbərinə görə, bu barədə Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli özünün "twitter” səhifəsində yazıb.

Marmaris rayonunun Bələdiyyə sədri Mehmet Oktay bildirib ki, hazırda ölüm hadisəsi baş verən İçmeler mərkəzindəki yaşayış məntəqələrində təhlükə yoxdur, amma yanğın Bozburun yarımadasına doğru davam edir.

M.Oktay yanğının təxribat ehtimalı ilə törədildiyi ehtimalının böyük olduğunu bildirib.

Qeyd edək ki, Türkiyədə dünəndən davam edən kütləvi yanğınlarda ümumilikdə 4 nəfər ölüb.