Şəfəqə Doğru » Manşet » Azərbaycanda Aİ-92 benzinlə işləyən avtomobillərin qiyməti bahalaşdı

Azərbaycanda Aİ-92 benzinlə işləyən avtomobillərin qiyməti bahalaşdı

Azərbaycanda Aİ-92 benzinlə  işləyən avtomobillərin qiyməti bahalaşdı

"Aİ 92" markalı benzinlə işləyən avtomobillərə marağı artıb.

Maşın bazarına gələn alıcılar indi daha çox bu benzinlə işləyə bilən modellərlə maraqlanırlar. Bununla yanaşı bəzi avtomobillərin qiymətlərində 1500 manata qədər artım müşahidə edilib.

Maşın bazarına gələnlər modelə görə yox yanacaq növünə görə seçim edirlər..Aİ 95 markalı benzinin qiymətinin bahalaşması Aİ 92 markalı benzinlə işləyən avtomobillərə marağı artırıb. Bazara gələn alıcılar indi daha çox bu benzinlə işləyə bilən modellərlə maraqlanırlar.

Elə alıcıların da çoxu qiymətlərdən narazıdır.Müşahidələr göstərir ki,bazarda xüsusilə "Aİ-95" və "Aİ-98" markalı benzinin istifadə olunduğu avtomobillərin qiymətlərində 1000- 1500 manata qədər artım müşahidə edilir.

Qeyd edək ki, dünəndən etibarən bütün yanacaqdoldurma məntəqələrində "Aİ-95" premium markalı benzin 5 qəpik bahalaşaraq 1 manat 45 qəpiyə satılmağa başlayıb// publika.az