Qarpız koronavirusdan sağalan insanlar üçün faydalıdır.
Sfera.az RİA Novosti-yə istinadla bildirir ki, terapevt Yelena Tixomirova və pediatr Marina Lerman bu barədə danışıb.
"COVID-19 keçirmiş insanlar üçün qarpız çox faydalıdır, çünki onu qırmızı rəngə boyayan güclü antioksidant müdafiəsi var. Bundan əlavə, qarpız C vitamininin mənbəyidir ",- deyə Tixomirova açıqlayıb.
Pediatr Marina Lermanın sözlərinə görə, qarpız orqanizmdən toksinləri və şlakları çıxarmağa qadirdir, həmçinin ürək -damarsistemini gücləndirməyə kömək edir. Amma süd və mayalanmış süd məhsulları, eləcə də duzlu və yağlı qidalarla birlikdə istifadə edilməməlidir. Pediatrın sözlərinə görə, bu birləşmə səbəbilə bədəndə zəhərlənmə və maye tutma riski yarana bilər.
Selcan
Sfera.az