Ünvanlı sosial yardımla bağlı xəbər var: 11 faizdən çox artdı
4-08-2021, 10:40 375Cari ilin iyul ayında ünvanlı sosial yardımın məbləği artıb.
Bu barədə Valyuta.az-a Dövlət Sosial Müdafiə Fondundan bildirilib.
Qeyd edilib ki, ötən ay orta hesabla 1 ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının məbləği artaraq 231,9 manatdan 259,3 manata çatıb.
Məlumata görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,8 % artım deməkdir.
Qeyd edək ki, ünvanlı dövlət sosial yardımının təyinində ehtiyac meyarı əsas götürülür.
Hər bir ailə üzvü üçün ehtiyac meyarı 170 manatdır.