Şəfəqə Doğru » Manşet » ƏRDOĞANI ÖLDÜRMƏK İSTƏYƏN 11 HƏRBÇİ TUTULDU

ƏRDOĞANI ÖLDÜRMƏK İSTƏYƏN 11 HƏRBÇİ TUTULDU

ƏRDOĞANI ÖLDÜRMƏK İSTƏYƏN 11 HƏRBÇİ TUTULDU

Türkiyədə iyulun 15-də Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdi zamanı Marmarisdə prezident Rəcəb Tayyib Ərdoğanın qaldığı oteldə dövlət başçısına sui-qəsd etmək istəyən hərbçilərdən 11-i Muğla vilayətinin Ula bölgəsində həbs edilib.

 

Anadolu Agentliyi xəbər verir ki, meşəyə qaçan əsgərlərdən 9-u Muğlanın Ula rayonu ərazisində xüsusi əməliyyat nəticəsində yaxalanıb. Digər iki hərbçi isə səhər saatlarında tutulub.

Qeyd olunub ki, əməliyyat zamanı jandarma qrupu ilə hərbçilər arasında atışma baş verib, nəticədə hərbçilər təslim olublar.

Hazırda prezidentə sui-qəsd etmək istəyən 12 nəfərlik qrupun sonuncu üzvünün yaxalanması istiqamətində iş aparılır.