Şəfəqə Doğru » Manşet » 1 həftə əvvəl həbs edilən kriminal avtoritet türmədə ölüb

1 həftə əvvəl həbs edilən kriminal avtoritet türmədə ölüb

1 həftə əvvəl həbs edilən kriminal avtoritet türmədə ölüb

Azərbaycanda bir həftə əvvəl həbs edilən "Diska Nəriman" ləqəbli kriminal avtoritet Nəriman Qurbanəliyev vəfat edib.

Saxlanıldığı müəssisədə "Diska Nəriman"ın vəziyyəti qəfildən pisləşib və o təcili xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, bir həftə əvvəl Qax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılan Zaqatala rayon sakini, əvvəllər 4 dəfə məhkum olunmuş, kriminal aləmdə "Diska Nəriman" kimi tanınan Nəriman Qurbanəliyevdən metamfetamin ("patı”) götürülüb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. 

 

Xatırladaq ki, N.Qurbanəliyev bir müddət əvvəl də Zaqatalada adam bıçaqlamaqda təqsirli bilinərək həbs edilmişdi // lent.az