Şəfəqə Doğru » Manşet » “Nazirin bu bəyanatı Rusiya sülhməramlıları üçün ciddi xəbərdarlıqdır” - Deputat

“Nazirin bu bəyanatı Rusiya sülhməramlıları üçün ciddi xəbərdarlıqdır” - Deputat

“Nazirin bu bəyanatı Rusiya sülhməramlıları üçün ciddi xəbərdarlıqdır” - Deputat
Ötən gün müdafiə naziri Zakir Həsənov Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təxribatlara dərhal cavab verilməsi ilə bağlı göstəriş verib.
 
Nazir həmçinin qoşunların döyüş qabiliyyətinin və şəxsi heyətin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması istiqamətində tapşırığın da icra olunduğunu bildirib.
 
 
Maraqlıdır, Zakir Həsənovun bu tapşırığı nəyə hesablanıb?

Məsələ ilə bağlı Sfera.az-a danışan deputat Arzu Nağıyev həmin bəyanatın rus sülhməramlılarına ciddi mesaj olduğunu deyib:

"Zakir Həsənov son bəyanatı ilə demək istəyirdi ki, sülhməramlı qüvvələr öz fəaliyyətini 10 noyabr bəyannaməsinə uyğun həyata keçirməlidir. Sülhməramlı qüvvələr bütün hadisələrə adekvat cavab verməlidir. Əks halda bizim öz əramizdə antiterror əməliyyatı keçirməyə, təxribatların qarşısını almağa hərbi gücümüz var. Bu gücdən də istifadə edirik, edəcəyik də...".
 
 
Deputat son günlər sülhməramlılarla bağlı müxtəlif söz-söhbətlərin yayıldığını deyib:
 
 
"Bu açıqlama da sülhməramlı qüvvələrə bir mesajdır. Son günlər sülhməramlı qüvvələrlə bağlı söz-söhbətlər çox yayılıb, onların ermənilərə silah yardımı etməsi və s. kimi söhbətlər dolaşmaqdadır. Bu baxımdan nazirin bəyanatı yerində verilib və qarşı tərəf üçün ciddi xəbərdarlıqdır".
 
 
Əzizə Zeynal