Şəfəqə Doğru » Manşet » Övladını qonşuya verib qaçan qadın üzə çıxdı - VİDEO

Övladını qonşuya verib qaçan qadın üzə çıxdı - VİDEO

Övladını qonşuya verib qaçan qadın üzə çıxdı - VİDEO
Övladını 4 aydır qonşulara verərək geri dönməyən qadın nəhayət bu gün üzə çıxıb. O, Sabunçu Rayon Polis İdarəsinə gələrək övladını atmadığını və 4 ayın elə də uzun müddət olmadığını deyib.

Shafaqadogru.com  Xəzərxəbər-ə istinadən xəbər verir ki, qadın uşağını atmadığını və Qənirə İsmayılovanın onun övladına dayəlik etdiyini deyib. Bunun qarşılığında isə ona hər ay 150 manat pul ödəyib.

O, həmçinin azyaşlının əsl adının Kənan İsgəndərov olduğunu deyib. Özünü təqdim etməyən qadın uşağın ona məxsus olduğunu təsdiqləyən hər hansı bir sənəd də təqdim etməyib.

Bu arada, azyaşlı dünən Sabunçu Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə Bakı şəhər 1 saylı Körpələr evinə aparılıb. Orda müayinə edilən körpənin sağlam olduğu və səhhətində heç bir problem olmadığı müəyyən edilib.

Sabunçu rayon Polis İdarəsindən isə bildirilib ki, uşağın həmin qadının övladı olması barədə sənəd təqdim edildikdən sonra azyaşlı ona təhvil veriləcək.