"Rusiya sülhməramlı kontingentinin hərbçiləri Dağlıq Qarabağın ucqar rayonunda yerləşən çətin həyat şəraitində olan çoxuşaqlı ailələrə və yerli sakinlərə humanitar yardım göstəriblər”.
Shafaqadogru.com xəbər verir ki, bu cümlə Rusiya Müdafiə Nazirliyinin rəsmi saytının Azərbaycan Respublikası ərazisindəki Rusiya sülhməramlı(?) hərbi kontingentinə aid bölməsindəki oktyabrın 13-ü Bakı vaxtı ilə saat 06:00-a aid xəbərindəndir.
"Bu gün Laçın yaşayış məntəqəsində "Mersi” xeyriyyə təşkilatlarının assosiasiyasıyla
birlikdə çoxuşaqlı ailələr üçün bir xeyriyyə tədbiri keçirdik. Ərzaq dəstləri, mövsüm üçün ayaqqabılar və dəftərxana ləvazimatlarının paylanmasını təmin etdik. Laçın məntəqəsində 10 çoxuşaqlı ailə yaşayır ”, - deyə Rusiya sülhməramlı kontingentinin sözçüsü Sergey Vladimirov bildirib.
"Bizə kömək etdiyiniz üçün çox sağ olun və ümid edirik ki, hər şey tezliklə öz həllini tapacaq ”,- deyə Dağlıq Qarabağın ucqar bir bölgəsinin sakini Anuş Uşakova təşəkkür edib” –sözügedən saytın yaydığı məlumatda belə deyilir.
Göründüyü kimi, Rusiya MN növbəti dəfə öz rəsmi saytında Laçın rayonunu "Dağlıq Qarabağın rayonu” kimi təqdim edib və üstəlik, Laçın şəhərində qanunsuz məskunlaşmış 10 çoxuşaqlı erməni ailəsinə humanitar yardım edib...
Xatırladaq ki, bundan öncə iyulun 29-da eyni saytdakı məlumatda daha açıq şəkildə "Dağlıq Qarabağın Laçın rayonu” ifadəsi işlənmişdi. Üstəlik, həmin gün nəinki Laçın rayon mərkəzində, eyni zamanda "Aqavno” adlandırılan Zabux kəndində Moderator.az həmin gün bu haqda məlumat vermiş və Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətini də məlumatlandırmışdı. Təəssüf ki, bu olaya heç bir rəsmi reaksiya bildirilməmişdi...
Nəticədə ayağı yer alan Rusiya hökuməti av GOV.RU hökümət domenində fəaliyyət göstərən zakupki.gov.ru rəsmi saytındakı tender haqqında məlumatda "Dağlıq Qarabağ Respublikası" ifadəsini işlədib...
Sözsüz ki, Azərbaycan dövləti Rusiya MN-in Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə növbəti hörmətsizliyinə və Laçın rayonu ərazisində qanunsuz məskunlaşmış ermənilərə yardım göstərməklə onları buna motivə etməsinə rəsmi münasibətini bildirəcək.