Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təlim toplanışlarına çağırılma ilə bağlı məlumat yayıb.
"Qafqazinfo”ya daxil olan məlumatda deyilir:
""Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinə uyğun olaraq hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.Hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir”.
Xatırladaq ki, bundan öncə Müdafiə Nazirliyi 2021-ci il üçün hazırlıq planına əsasən oktyabrın 25-dən N nömrəli hərbi hissədə hərbi təlim toplanışı keçiriləcəyi haqda məlumat yaymışdı. Təlim toplanışı noyabrın 6-dək davam edəcək.