Şəfəqə Doğru » Manşet » Onlar nə boyda adamdırlar ki, vətəndaş qəbullarına düşə bilmir — Rəşid Mahmudov icra başçıları haqda

Onlar nə boyda adamdırlar ki, vətəndaş qəbullarına düşə bilmir — Rəşid Mahmudov icra başçıları haqda

Onlar nə boyda adamdırlar ki, vətəndaş qəbullarına düşə bilmir — Rəşid Mahmudov icra başçıları haqda
"Sayını bilmirəm, amma bir neçə icra başçımız bu gün hələ də həbsdədir. Biri elə türmədə öldü, o birinin ürəyini əməliyyat elədilər. Nə olsun?! Amma baxın görün bu gün vəzifə başında olanlar bundan nəticə çıxarırlar, qorxurlarmı? Əlbəttə ki, yox”.
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov icra başçılarını şəhid ailələrinə qarşı daha çox diqqətli olmağa çağırıb:  
 
"Şəhid anasını qəbul etməyən, onu get-gələ salan icra başçıları cəzalandırılmalıdır. Onlar nə boyda adamdırlar ki, vətəndaş qəbullarına düşə bilmir. Bunları bəlkə rayona insanlara xidmət etməyə yox, var-dövlət yığmağa göndəriblər. Desinlər, biz də bilək. Bu qədər tənqid olunurlar, dəfələrlə deyilir ki, insanlara xidmət edin, onların problemləri ilə maraqlanın, onları incitməyin, şəhid ailələrinə qarşı daha çox diqqətli olun. Amma elə bil sözü bunlara yox, havaya deyirsən. Bəzi icra başçıları balaca padşahlardır, dəfələrlə demişəm”.