Şəfəqə Doğru » Manşet » “Azğın it kimi yaşayırlar” – Flora Kərimova 11 yaşlı qızla bağlı üsyan etdi

“Azğın it kimi yaşayırlar” – Flora Kərimova 11 yaşlı qızla bağlı üsyan etdi

“Azğın it kimi yaşayırlar” – Flora Kərimova 11 yaşlı qızla bağlı üsyan etdi
"Axı, nə qədər qadın bıçaqlanacaq, nə qədər uşaq zorlanacaq?! Savadsız, valideyn tərbiyəsi görməyən, adını "kişi” qoyub  insanlığı belə olmayan biqeyrət kütləni kim maarifləndirəcək? İldən-ilə xərçəng xəstəliyi kimi yayılır”.
Shafaqadogru.com  bildirir ki, bunu Xalq artisti Flora Kərimova İmişlidə 11 yaşlı qızın ana olmasına münasibət bildirirkən deyib. Müğənni azyaşlıya təcavüz edən atalığını, o cümlədən anasını ciddi tənqid edib:

"Bəs olmadımı ki, evində bir kəbinli qadının, digəri isə dini kəbinli arvadın. Nə qədər azğınlaşıb, harınlamısan ki, uşağa tamah salırsan?! Sənin görəcəyin günlər hələ qabaqdadır! Millətim millət olmaz bu binamusluğu sənə keçsə! Sənin müdafiəni vicdanı olan vəkil götürməz!

Uşaq ömürlük mənəvi və fiziki şikəstdir! Hələ ki fərqində deyil, hələ anlamır nə baş verdiyini. Bəs ana?! Sən nə vaxtsa ana olmusan. Sən qız anası olmusan! İllərlə bu adı daşımaq üçün göz yaşı tökənlər var. Sən bilmədin qızın necə hamilə oldu?! Sən bilmədin, qadın kimi ümumən hamiləlik necə olur?! Sən ana-bala fərqində olmayan azğın it kimi yaşadın. Halbuki, ana it belə balasını bir vaxta kimi ağzında daşıyır. Söz tapmıram…!”.


Xalq artisti qeyd edib ki, bu hələ faciənin görünən tərəfidir:

"Görünməyən tərəfi odur ki, nakişinin ailəsi, kəbinli arvadı ərinə haqq verir! Başıqapazlı yaşamaq təbiətləridir, demək ki. Rayonda adam arasına necə çıxacaqsan? Sənin xidmət etdiyin "mənsəb” din deyil, əskiklikdir! Ümumiyyətlə, uşağa tamah salan rəzil ərini evinə qaytarmaqdan ötrü -"evimi satıb ərimi xilas edəcəm! Onsuz da hər şeyi pulla almaq olur” deyən "qadın-ana” yetişdirdiyi övlad nə olacaq?! Bu hələ ictimailəşən faciələrdəndir. Nə qədər faciələr fitvalara qurban edilib, "halaldır” deyib  ört-basdır edilib”.

Türkan