Neftçala Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Elmar Gülməmməd oğlu Xankişiyev saxta COVID-19 pasportu satdığı yerdə saxlanıldığı iddia edilib.
E.Xankişiyevin Neftçala RPŞ-nın rəisi Vüsal Şəbəndiyevin adamı olduğu və müxtəlif adamlara saxta COVID-19 pasportu satdığı qeyd edilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, polis əməkdaşı Elmar Xankişiyev bir müddət öncə öz ərizəsi ilə daxili işlər orqanlarından xaric olunub: "Hazırda Neftçala RPŞ-də xidmət etmir. Odur ki, bu qanun pozuntusunun polis əməkdaşı tərəfindən törədilməsi barədə yayılan iddialar həqiqəti əks etdirmir”.