Azərbaycanda inflyasiya prosesi sürətlənməkdədir. Tikinti materiallarından tutmuş ərzaq məhsullarına, yumurtaya qədər, bütün məhsullar üzrə bahalaşma davam edir. Gəlirlərin artmadığı bir şəraitdə qiymətlərin yüksəlməsi əhalidə devalvasiya olacağına dair gözləntilərin yaranmasına səbəb olur.
Maraqlıdır ki, Azərbaycan hökuməti iki məhsulun qiymət dəyişikliklərinə xüsusi həssaslıq nümayiş etdirir, onları tənzimləməyə çalışır. Söhbət milli valyutamız olan manatdan və qida rasionumuzda yüksək yer tutan çörəkdən gedir. 2015-ci il devalvasiya ərəfəsində Mərkəzi Bankın 10 milyard dollardan yuxarı valyuta ehtiyatı bir ildən də az müddətdə manatın məzənnəsinin saxlanmasına sərf olundu. Çörəyə gəlincə, 2016-cı ildən etibarən Azərbaycan hökuməti ölkəyə buğda idxalını, un və çörəyin satışını ƏDV-dən azad edib. Bu ilin fevralından isə un istehsalçılarına hər ton una görə subsidiya ödənilir.
Qeyd edək ki, Azərbaycan əhalisi dünyada ən çox un və çörək istehlak edən ölkələr sırasındadır. Belə ki, dünyada adambaşına ən az çörək istehlakı Skandinaviya ölkələrindədir - ildə 32-45 kq. Rusiyada bu göstərici 97 kq, Bolqarıstanda 96 kq, Fransa və Almaniyada 54 kq, İtaliyada 52 kq təşkil edir. Türkiyədə əhali adambaşına ildə 124 kq çörək yeyir. Azərbaycanda Dövlət Statistika Komitəsinin məlumatından aydın olur ki, çörək və sair un məhsullarının istehsalına 2020-ci ildə 1 milyon 26 min 670 ton un istifadə edilib. Bu, adambaşına 102,667 kiloqram deməkdir. Daha 841 465 ton un isə ərzaq məhsulu kimi istifadə olunub. 2020-ci ildə Azərbaycanda 1 milyon 294 min 604 ton təzə çörək istehsal olunub. Bunun 1 milyon 280 min 556 tonu ərzaq məhsulu kimi istehlak olunub. Bu, adambaşına 128,4 kiloqram çörək istehlakı deməkdir. Adambaşına un istehlakı isə 84,4 kiloqram təşkil edir.
Bu qədər yüksək çörək istehlakı olduğuna görə əhali bu məhsulun qiymətinə çox həssas yanaşır. Hökumət də bu həssaslığı nəzərə alaraq çörək bazarını daim nəzarətdə saxlayır. Bir çox hallarda çörəyin qiymət artımının qarşısı inzibati yollarla alınır. Lakin 2021-ci ili əvvəlindən etibarən buğdanın dünya bazar qiymətinin kəskin artımı Azərbaycanda çörəyin bahalaşmasının qarşısını inzibati yollarla almağa imkan vermir. BMT Ərzaq və Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən oktyabr ayında qlobal ərzaq indeksi sentyabrdakından 3,9 bənd, ötən ilin oktyabrından isə 31,8 bənd yüksək olmaqla 133,2 bəndə çatıb. Bu bahalaşmanın əsas səbəbi isə bitki yağları və taxıl qiymətlərindəki yüksəlişdir. Belə ki, oktyabr ayı ərzində taxıl qiymətləri indeksi əvvəlki ayla müqayisədə 4,3 bənd, ötən ilin eyni dövrünə nisbətən isə 25,1 bənd yüksələrək 137,1 bəndə çatıb. Bu artımda əsas rolu son 4 ayda davamlı olaraq bahalaşan buğda qiymətləri oynayır. Oktyabrda sentyabra nisbətən qlobal buğda qiymətləri 5 faiz, ötən ilin oktyabrına nisbətən isə 38,3 faiz bahalaşıb. Bahalaşma bilavasitə əsas buğda ixracatçıları olan Kanada, Rusiya, ABŞ-da əlverişsiz iqlim şəraiti üzündən məhsuldarlığın aşağı olması, dünya bazarına yüksək keyfiyyətli buğda təklifinin kəskin azalması ilə bağlıdır.
Məhsuldarlığın aşağı olması üzündən Amerika qitəsinin əsas ixracatçıları olan ABŞ və Kanada müxtəlif kvotlar üzrə yaxın region ölkələrinə daha az məhsul satacaqlarını, eyni zamanda əlavə rüsumların tətbiq olunacağını əvvəlcədən elan etmişdilər.
Dünyanın ən böyük buğda ixracatçılarından olan Rusiya da bu ilin iyunundan bu məhsulun ixracına "üzən rüsum” tətbiq edir. Bu mexanizm ölkədən xaricə 200 dollardan yuxarı qiymətə çıxarılan hər ton buğdanın 200 dollardan yuxarı hissəsinə görə əlavə verginin tutulmasını nəzərdə tutur. Eyni zamanda istehsalın azalması fonunda Rusiya xaricə buğda satışının ümumi həcmini də məhdudlaşdırır. Ölkənin Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən 2021-ci il mövsümündə təxminən 80-81 milyon ton buğda istehsalı proqnozlaşdırılır ki, bu da 2020-ci il mövsümü ilə müqayisədə (ötən mövsüm - 85.4 milyon ton) 5 milyon tona yaxın azalma deməkdir. Bu səbəbdən də Rusiya yeni mövsüm ərzində buğdanın illik ixracını 40 milyon tondan 34 milyon tona endirəcəyini açıqlayıb. Rusiya Federal Gömrük Xidmətinin məlumatına əsasən yanvar-sentyabrda Rusiyadan buğda ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz az olmaqla 23 milyon 924,3 min ton təşkil edib. Bu zaman dəyər ifadəsində buğda ixracı 21,4 faiz artmaqla 6 milyard 180,2 milyon dollara çatıb. Rusiyadan ən çox buğda alan ölkələr arasında Türkiyə birinci, Misir ikinci, Azərbaycan isə dördüncü yerdədir. Yanvar-sentyabrda Azərbaycan bu ölkədən 707 min 546 ton buğda idxal edib. Rusiya KTN-in məlumatına əsasən 17-23 noyabr aralığında buğda ixracına tətbiq olunacaq əlavə rüsumun məbləği 1 ton üçün 77,1 dollar təşkil edəcək. Bu, buğdanın 1 tonu üçün 310,2 dollar qiymətinə uyğundur.
Buğda aldığımız Qazaxıstanda da istehsalın azalması prosesi davam edir. Belə ki, bu il Qazaxıstanda buğda istehsalı keçən illə müqayisədə 1,8 milyon ton azalaraq 12.5 milyon tona düşüb. Buna görə də əvvəlki mövsümlə müqayisədə ixracın bu il ən azı 8-9 faiz azaldılacağı və 5.3 milyon ton təşkil edəcəyi proqnozlaşdırılır.
Azərbaycan buğda ilə özünü istehlakın 60 faizi həddində təmin edir. Ölkədə buğda istehsalı üzrə orta məhsuldarlıq hər hektardan 32 sentner civarındadır. Bu, dünya üzrə orta göstəricidən xeyli aşağı bir nəticədir. Bu il ölkədə buğda istehsalı 1 milyon 885,4 min ton təşkil etməklə, keçənilkindən (1 milyon 867,3 min ton) cüzi fərqlənib.
Yerli istehsal məhsulu olan buğda ərzaq kimi istifadəyə yararsızdır. Buna görə də əla növ un və çörək istehsalı demək olar ki, bütünlüklə idxal hesabına xammalla təmin olunur. İllik buğda idxalımız 1,2-1,3 milyon ton civarındadır. Rəsmi statistikadan aydın olur ki, bu ilin 9 ayında buğda idxalında çəki ifadəsində ciddi azalma var. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən 2021-ci ilin yanvar-sentyabrında xaricdən 182 milyon 729.02 min dollarlıq 689 min 657.21 ton buğda almışıq. Keçən ilin eyni dövründə isə idxalımız 206 milyon 340.26 min dollar dəyərində 968 min 209.99 ton olmuşdu. Keçən ilin yanvar-sentyabrında buğdanın 1 tonunu 213 dollara idxal etmişiksə, bu ilin eyni dövründə qiymət 265 dollara yüksəlib. Bu, 24 faizədək bahalaşma deməkdir. Buğda idxalındakı kəskin azalma ölkədə un və çörək azlığını da şərtləndirə bilər. Nəzərə alsaq ki, ötən ildən bu ilə qalan buğdanın həcmi 567 min 392 ton təşkil etməklə, son üç ildə ən aşağı həddə düşüb, onda yaxın aylarda idxal həcmləri artmazsa, Azərbaycanda un və çörək təklifinin azalması, son nəticədə isə qiymətlərin bahalaşması ehtimalının yüksək olduğunu söyləyə bilərik.
Qeyd edək ki, 2022-ci ilin dövlət büdcəsi hazırlanarkən hökumətin buğda idxalına tətbiq olunan güzəştlərin aradan qaldırmaq niyyətində olduğuna dair məlumatlar yayılsa da, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər sırasında əksini tapmayıb.
Azərbaycan hökuməti manatın və çörəyin məzənnəsini nə qədər nəzarətdə saxlayacaq? Milli valyuta və çörəyin qiyməti sərbəst buraxılsa, nələr baş verər? Sualları cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, hökumət hazırda manatın məzənnəsini saxlamaq üçün heç bir xərc çəkmir: "Bu, çox yanlış fikirdir ki, hökumət manatın məzənnəsini saxlamaq üçün pul xərcləyir. Halbuki 2018-ci ildən etibarən hökumətin daxili bazarı valyuta ilə təmin etmək kimi problemi yoxdur. Dövlət Neft Fondundan transfertlərin həcmi iqtisadiyyatın dollara olan tələbatını qarşılamağa imkan verir. Çörəyə gəlincə, çox təəssüf ki, ilk başlanğıcdan yanlış yanaşma nəticəsində bu məhsulun qiyməti cəmiyyət üçün ciddi bir faktora çevrilib. Hökumət ilk əvvəldən çörəyin qiymətini həssas məsələ kimi qabardıb, ona xüsusi yanaşma sərgiləyib. Bunun nəticəsində də ictimai rəydə çörəyin qiyməti bahalaşmanın əsas atributu kimi qəbul olunur. Halbuki reallıqda çörək alınmasına çəkilən xərclər ailə büdcəsində elə yüksək çəkiyə malik deyil. Dörd nəfərlik bir ailə gündə 2 çörəyə 80 qəpik - 1 manat verərsə, bu, ayda 24-30 manat pul edir. 24 manat isə indiki yaşayış minimumu ilə hesabladıqda, ailə gəlirlərinin 3-4 faizini təşkil edir. Çörəyin qiyməti sərbəst buraxılarsa və qiyməti 20 qəpik artarsa, bu, ayda cəmi 6 manat xərc artımı demək olar. Halbuki əhaliyə verilən içməli suyun qiymətindəki artım nəticəsində 1 fərdə görə 3 manat əlavə xərc artımı baş verdi. Bu isə 4 nəfərlik ailə üçün ayda 12 manat artım deməkdir. Lakin cəmiyyətin su tariflərinin artımına münasibəti ilə çörəyin qiymətinə münasibəti kəskin fərqlənir. Bu gün çörəyin qiymətində 10 qəpiklik artım olarsa, cəmiyyətdə psixoloji olaraq bütün məhsulların bahalaşması üçün gözlənti yaranar. Eyni zamanda digər məhsulların da bahalaşmasının təbii qarşılanması baş verər”.
Ekspert qeyd edir ki, çörəyin qiymətinin artmasından yaranan bahalaşma gözləntilərindən marketoloqlar dərhal istifadə edərlər: "Onlar digər məhsulların da qiymətini rahatlıqla bahalaşdıra bilərlər, çünki artıq əhalidə belə gözləntilər formalaşmış olacaq. Buna görə də düşünürəm ki, hökumət çörəyin qiymətini sabit saxlamaq üçün əlavə xərc çəkmək istəmirsə, ilk növbədə insanlara çörəyin onların büdcəsində payı barədə düzgün fikir çatdırılmalıdır. Hökumət özü çörəyə strateji məhsul kimi yanaşmanı aradan qaldırmalıdır ki, əhalidəki rəy də dəyişsin”.
"Yeni Müsavat”