Şəfəqə Doğru » Manşet » “Karantin rejiminin sərtləşdirilməsi ilə bağlı addımlar atıla bilər” - Deputat

“Karantin rejiminin sərtləşdirilməsi ilə bağlı addımlar atıla bilər” - Deputat

“Karantin rejiminin sərtləşdirilməsi ilə bağlı addımlar atıla bilər” - Deputat
"Koronavirusun yeni "Omikron” variantının aşkar edilməsi bir sıra ölkələrin yenidən qapanma qərarları verməsinə səbəb olub. Dünyanın 3-cü ən böyük iqtisadiyyatına malik olan Yaponiya xaricilərin bu ölkəyə gəlməsinə qadağa tətbiq etmək niyyətindədir. İsrail 2 həftəlik qapanma tətbiq etməyi planlaşdırır. ABŞ 8 ölkədən Birləşmiş Ştatlara səfərləri yasaqladı”.
 
Shafaqadogru.com.xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. Millət vəkili sözügedən ştammın neft birjalarına təsir etdiyini diqqətə çatdırıb:
 
"Ötən həftənin son iş günü 10 faizdən çox ucuzlaşan neft bu həftəyə 4 faizə yaxın artımla başlayıb. Hazırda "Brent” markalı neftin 1 barelinin qiyməti 75 dollardan baha satılır. "Omirkon” variantından ehtiyatlansalar da birjalar aparıcı ölkələrin daha geniş qapanmalara getməyəcəyinə ümidlidirlər. Bir sıra ölkələr qapanma qərarı versələr də, etiraf etmək lazımdır ki, dünya sərt karantinlərdən, yumşaq desək, bezib. Buna görə də, ölkələr "lock down”
 
 

 
Optimal Friday
qərarları ehtiyatla qəbul edilir”.
 
Deputat Azərbaycanda da yeni mutasiya ilə əlaqədar qapanmaların ola biləcəyini qeyd edib:
 
"Azərbaycan yumşaq karantin rejimini tətbiq edən ölkələrdəndir. Təbii ki, "Omikron” variantının təsirləri və yayılma coğrafiyası və eləcə də tezliyindən asılı olaraq növbəti addımların müəyyənləşəcəyi gözlənilir. Bununla belə, indiki halda yenidən sərt qapanmalara getmək arzuolunan deyil. Real sektordakı açılımların və yenidən bərpa olunan aktivliyin qorunub saxlanması vacibdir. Bununla belə, dünya bazarlarındakı və eləcə də neft birjalarında kəskin dalğalanmalar bir daha təsdiq edir ki, hər zaman xarici şoklar aktiv ola bilər”.
 
Əzizə Zeynal