Şəfəqə Doğru » Manşet » Kamran Ağabalayev televiziya rəhbərlərinə SƏSLƏNDİ: "Məcbursunuz valideyninizi söydürməyə?"

Kamran Ağabalayev televiziya rəhbərlərinə SƏSLƏNDİ: "Məcbursunuz valideyninizi söydürməyə?"

Kamran Ağabalayev televiziya rəhbərlərinə SƏSLƏNDİ: "Məcbursunuz valideyninizi söydürməyə?"
Yerli telekanalları tənqid edənlər sırasına aktyor Kamran Ağabalayev də qoşulub.
 
Shafaqadogru.com  bildirir ki, aktyor sözünü xüsusilə televiziya rəhbərlərinə ünvanladığını deyib.

"Anladım ki, ağa dedi sür dərəyə, sür dərəyə, yəni icazəsiz addım atmırsınız. Amma ən azından bu çal-çağırı yayımlama! Axı sabah yenə vətən, millət bağıranda sənin bu günkü kimliyini yada salacaqlar. Məcbursan valideynini söydürməyə? Deyəcəksiniz valideynin nə günahı? Bu, genetik deyil? Məncə genetikdir!”, - deyə o əlavə edib.

Qeyd edək ki, bundan qabaq ANS şirkətlər qrupunun rəhbəri Vahid Mustafayev də ötən gün helikopter qəzasında 14 nəfərin şəhid olmasına rəğmən, efirdə çal-çağırlı verilişləri dayandırmayan telekanalları tənqid etmişdi.

Türkan