Şəfəqə Doğru » Manşet » Tovuzda qardaşları bıçaqlayan şəxs saxlanılıb

Tovuzda qardaşları bıçaqlayan şəxs saxlanılıb

Tovuzda qardaşları bıçaqlayan şəxs saxlanılıb

Tovuz-un İbrahimhacılı kəndində qətl törədən şəxs saxlanılıb.

Kənd sakinləri - 1964-cü il təvəllüdlü Ənvər və 1960-cı il təvəllüdlü Fərman Əlirzayev qardaşları mübahisə zəminində 1981-ci il təvəllüdlü Maksim Mehdiyev tərəfindən bıçaqlanıblar. Ürək nahiyəsindən bıçaq xəsarəti alan Ənvər ölüb.

Fərman isə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Daha sonra M.Mehdiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb// mia.az