Bu gün Milli Məclisdə keçirilən plenar iclasda çıxış edən deputat Vahid Əhmədov reket jurnalistlərdən danışıb.
Deputat bu məsələnin ciddi olduğuna diqqət çəkib:
"Bəzi jurnalistlər var ki, reketçiliklə məşğul olur. Onların sayı çoxdur. Onların arxasında bəzi nazirlər dayanır və onları maliyyələşdirirlər. Hesab edirəm ki, bu da çox ciddi problemdir".