Şəfəqə Doğru » Manşet » Fəvvarələr meydanında Saleh Rüstəmli üçün aksiya cəhdi - Saxlanılanlar var

Fəvvarələr meydanında Saleh Rüstəmli üçün aksiya cəhdi - Saxlanılanlar var

Fəvvarələr meydanında Saleh Rüstəmli üçün aksiya  cəhdi - Saxlanılanlar var

Dekabrın 15-də saat 12 radələrində bir qrup şəxs Səbail rayonu ərazisindəki Fəvvarələr meydanında ölkədə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına zidd olaraq, eləcə də icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.

 

Bu barədə Modern.az saytına Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, cəhdin qarşısı alınaraq həmin şəxslər ərazidən uzaqlaşdırılıblar:

 

"Xidməti vəzifələrini yerinə yetirən asayiş keşikçilərinin qanuni tələblərinə riayət etməyən bir neçə nəfər saxlanılıb və xəbərdarlıq edildikdən sonra onlar sərbəst buraxılıblar"// modern.az


Xatırladırıq ki, bu günki aksiya həbsdə olan sabiq icra başçısı Saleh Rüstəmlinin qohumları və  siyasi aktivistlər tərəfindən təşkil edilmişdi. Saxlanılanlardan bəziləri cərimə edilərək buraxılıblar.