İranda koronavirusun yeni "Omicron” ştamına ilk yoluxma halı qeydə alınıb.
Shafaqadogru.com xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyi yanında İnfeksion Xəstəliklərin Müalicəsi Mərkəzinin rəhbəri Məhəmməd Mehdi Quyya açıqlayıb.
Onun sözlərinə görə, yeni ştama yoluxmuş orta yaşlı kişi bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərindən İrana qayıdıb.
Qeyd edək ki, İranda pandemiya ərzində 6 170 979 nəfər koronavirusa yoluxub, 131 083 nəfər isə dünyasını dəyişib.
Xatırladaq ki, "Omicron” ştamı 90-a yaxın ölkədə aşkar olunub.