Şəfəqə Doğru » Manşet » Dollar alışında kəskin artım – Mərkəzi Bankın açıqlaması nədən xəbər verir?

Dollar alışında kəskin artım – Mərkəzi Bankın açıqlaması nədən xəbər verir?

Dollar alışında kəskin artım – Mərkəzi Bankın açıqlaması nədən xəbər verir?
2021-ci ilin noyabrında nağd dollar alışında kəskin artım müşahidə edilib.
 
Sfera.az Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, nağd dollar alışı sentyabrda 95,4 milyon, oktyabrda 159,3 milyon olduğu halda, noyabrda alınan dolların məbləği 317 milyona yüksəlib. Bir ay ərzində dollar alışı təxminən 2 dəfə artıb.

2021-ci ildə nağd dollar alışı ən yüksək səviyyəyə yanvarda yüksəlmişdi. Həmin ayda 325,4 milyon dollar nağd şəkildə alınmışdı. Amma sonrakı aylarda alışlar azalaraq iyunda 76,7 milyon dollara düşmüşdü. Son 2 ayda dollara tələbin sürətlə artması müşahidə edilir.
 
Dollara tələbin artması nağd dollar satışını xeyli azaldıb. Avqust və sentyabrda hər ay 120-125 milyon dollar nağd şəkildə satıldığı halda, satış məbləği oktyabrda 100 milyona, noyabrda 96 milyona düşüb. Noyabrda dollar alışı satışdan 3,3 dəfə çox olub ki, bu da cari ildə qeydə alınan ən böyük fərqlərdən biridir.

Qeyd edək ki, oktyabr və noyabrda dollara tələb artsa da avro və funt sterlinq kimi digər aparıcı valyutalara tələbdə artım yoxdur. Son aylarda nağd dollar alışının artmasını bir neçə səbəblə əlaqələndirmək olar. Birinci səbəb xaricə səfərlərin sayının artmasıdır. Xarici ölkələrə səfərlərin sayı ilin üçüncü rübündən başlayaraq sayı ilin ilk ayları ilə müqayisədə xeyli artıb. Artım nağd dollar alışlarına təsir göstərib.
 
İkinci səbəb idxalın (o cümlədən fiziki şəxslər tərəfindən) artmasıdır. Noyabrda idxalın həcmi 2021-ci ilin ən yüksək aylıq səviyyəsinə yüksəlib. İdxalın bir hissəsi nağd vəsaitlə həyata keçirildiyindən dollara tələb güclənib.
 
Xüsusən avtomobil idxalında güclü artım valyutaya tələbi artırır. Noyabrda avtomobil idxalına 91 milyon dollar xərclənib və avtomobillərin böyük hissəsi Gürcüstandan gətirilib. Gürcüstanda alınan avtomobillərin bir çoxunun pulu nağd şəkildə ödənildiyindən nağd dollara tələb yüksəlir.
 
Üçüncü səbəb psixoloji amillərdir. Azərbaycan əhalisində növbəti devalvasiyanın olacağına dair qənaət var. Bu qənaət də nağd dollar alışlarını artırıb.

ki, oktyabr və noyabrda dollara tələb artsa da avro və funt sterlinq kimi digər aparıcı valyutalara tələbdə artım yoxdur. Son aylarda nağd dollar alışının artmasını bir neçə səbəblə əlaqələndirmək olar. Birinci səbəb xaricə səfərlərin sayının artmasıdır. Xarici ölkələrə səfərlərin sayı ilin üçüncü rübündən başlayaraq sayı ilin ilk ayları ilə müqayisədə xeyli artıb. Artım nağd dollar alışlarına təsir göstərib.
 
Vasif