Şəfəqə Doğru » Manşet » 4 mindən çox uçuş ləğv edilib

4 mindən çox uçuş ləğv edilib

4 mindən çox uçuş ləğv edilib

Dünyada Milad bayramı ərəfəsində 4300-dən çox reys ləğv edilib.

 "İnterfaks”a istinadən xəbərdə  bilidirilir ki, buna səbəb koronavirusa yoluxma hallarının artması və "Omicron” ştamının yayılması olub. Bildirilir ki, təkcə dekabrın 24-ü bütün dünya üzrə 2300-dən çox reys ləğv edilib. 

İlk dəfə Afrikada aşkar olunan "Omicron” ştamı dünyada sürətlə yayılmağa davam edir. Hazırda 110 ölkədə bu ştama yoluxma qeydə alınıb. 

Qeyd edək ki, milyardlarla xristian bu gün Milad bayramını qeyd edir.