Deputat Aqil Abbas Gənclər və İdman Nazirliyinə müraciət edərək tələbə-inşaat dəstələrinin yenidən bərpa olunmasını təklif edib.
Deputat qeyd edib ki, indi azad olunmuş ərazilərdə çox böyük quruculuq işləri aparılır.
"Ağdamda da hazırda da bu proses davam edir. Tələbə-inşaat dəstələri yenidən bərpa olunsa, bu, 10 minə qədər işçi qüvvəsi deməkdir. Gənclər və idman Nazirliyindən xahiş edirəm ki, bunu formalaşdırsın. Bu, könüllülük prinsipidir, amma tələbələr hamısı gedəcəklər. Bu, Qarabağ üçün çox vacibdir, işçi tapılmır. Tələbə isə 300-400 manata Qarabağda gedib işləyəcək. Necə ki ölümə gənclər getdilər. Belə də pulsuz da işləyə bilərlər".