Şəfəqə Doğru » Manşet » MÜƏLLİM OLMAQ ÜÇÜN REKORD SAYDA MÜRACİƏT OLUB- TƏHSİL NAZİRLİYİ

MÜƏLLİM OLMAQ ÜÇÜN REKORD SAYDA MÜRACİƏT OLUB- TƏHSİL NAZİRLİYİ

MÜƏLLİM  OLMAQ ÜÇÜN REKORD SAYDA MÜRACİƏT OLUB- TƏHSİL NAZİRLİYİ

Təhsil Nazirliyi 2021-ci ilin yekunlarına dair hesabat açıqlayıb.

Nazirliyin hesabatına görə, 2021-2022-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçirilib. Tədris ilində birinci siniflərə 156 107 uşaq qəbul edilib ( modern.az)

2021-2022-ci tədris ilində ölkə üzrə ümumilikdə 5 896 məktəbəhazırlıq qrupuna 100 546 uşaq cəlb olunub.

2021-2022-ci tədris ilində Təhsil Nazirliyinin sistemində fəaliyyət göstərən 13 internat məktəbində 4971 nəfər, 16 inteqrasiya təlimli təhsil müəssisəsində 6333 nəfər, 8 təmayüllü internat tipli təhsil müəssisəsində 4439 nəfər şagird təhsil almaqdadır.

Hazırda 97 faiz təhsil müəssisəsi fasiləsiz istiliklə təmin edilir. 591 təhsil müəssisəsində yanğından mühafizə sistemləri təkmilləşdirilib.    

2021-ci ildə şagirdlərin istifadəsi üçün ümumilikdə 270 adda 7 030 264 nüsxə dərslik çap olunub.

2021-ci ildə keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində rekord sayda- 62 242 müraciət qəbul edilib. Ümumilikdə 21 iş gününü əhatə edən və ölkə üzrə 12 imtahan mərkəzində həyata keçirilən imtahanlarda 46 930 namizəd iştirak edib.


2021-ci ildə ümumilikdə 12154 vakansiya üzrə müsabiqə elan edilib. Hazırki dövrə kimi 10000 nəfərə yaxın namizəd işlə təmin olunub. 3794 nəfər müddətsiz, 5866 namizəd isə müddətli əmək müqaviləsi əsasında işə qəbul olunub. İşə qəbul edilmiş müəllimlərin 51 faizi ucqar kənd məktəblərinin payına düşür. Namizədlərin işə qəbulu prosesi tədris ilinin sonunadək davam edəcək.


Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələrinə əsasən, 1841 nəfərin iş yerinin dəyişdirilməsinə razılıq verilib.