Şəfəqə Doğru » Manşet » ERMƏNİ ƏSGƏR ÖZ YOLDAŞINI GÜLLƏLƏYİB

ERMƏNİ ƏSGƏR ÖZ YOLDAŞINI GÜLLƏLƏYİB

ERMƏNİ ƏSGƏR ÖZ  YOLDAŞINI GÜLLƏLƏYİB

Ermənistanın Vayotsdzor vilayətindəki hərbi hissələrin birində 18 yaşlı hərbi qulluqçu başından güllələnib.

Modern.az saytı  Ermənistan KİV-lərinə istinadən xəbər yayıb  ki, hadisə 2021-ci il dekabrın 31-də saat 10:50 radələrində baş verib. Döyüş postlarından birində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, sıravi Movses Aramaisoviç Tadevosyan (2003-cü il təvəllüdlü) başından aldığı güllə yarası ilə aşkar edilib. Sıravi Tadevosyan xəstəxanaya aparılarkən yolda ölüb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Hadisə ilə bağlı görülmüş çevik tədbirlər nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən digər əsgər saxlanılıb. Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır", - rəsmi məlumatında deyilir.